"Fırtınalar meydanı"nda "yağmur" yağdı
Paylaş
Lalin, Opara və Kalinkov "Qəbələ"ni darmadağın etdi
"Xəzər Lənkəran" Premyer Liqanın final mərhələsinə qələbə ilə başladı. Bu gün XXIII tur çərçivəsində "Qəbələ"ni qəbul edən komandamız meydanda 4:1 hesablı zəfərlə ayrıldı.
İlk dəqiqələrdən üstünlüyü ələ alan futbolçularımız 25-ci dəqiqədə hesab açdı. Ağasəlim Mircavadovun uzun fasilədən sonra start heyətində yer verdiyi Allan Lalin fərqləndi. 61-ci dəqiqədə Honduraslı futbolçu dublunu rəsmiləşdirdi. Bundan 15 dəqiqə sonra ilk iki qolun vurulmasında böyük rol oynayan nigeriyalı Emeka Opara rəqib qapısına yol tapdı. 82-ci dəqiqədə təxminən 16 metrlik məsafədən qapıya dəqiq zərbə vuran Milan Antiç fərqi azaltsa da, "Xəzər Lənkəran" bununla razılaşmadı və üç xallıq fərqi bərpa etdi. Bu dəfə uzun müddət zədə üzündən yaşıl meydandan kənarda qalan və ikinci yarının gedişində oyuna qoşulan moldovalı Denis Kalinkov fərqləndi - 4:1.
Premyer Liqa
Final Mərhələsi
XXIII tur
12 mart
Xəzər Lənkəran - Qəbələ 4:1
Qollar: Allan Lalin, 25; 61. Emeka Opara, 76. Denis Kalinkov, 90 - Milan Antiç, 82.
Hakimlər: Elnur Muradov, İlham Əliyev, Elşən Durmuşov, Zöhrab Əliyev.
AFFA nümayəndəsi: Bəşir Əliyev.
Hakim-inspektor: Əli Hüseynov.
Lənkəran şəhər mərkəzi stadionu. Saat 18.00.
25 - QOLLL! Gözlənilən qol gəldi. Allan Lalin fərqləndi
61 - QOLLL! Honduraslı Allan Lalin daha bir qol vurdu
76 - QOLLL! İlk iki qolun vurulmasında böyük rol oynayan nigeriyalı Emeka Opara bu dəfə özü fərqləndi
82 - Üçüncü qoldan sonra özünə gələn "Qəbələ" fərqi azaltdı. Milan Antiç fərqləndi. O iki müdafiəçidən sıyrılıb, topu dəqiq zərbə ilə qapıya göndərdi
90 - QOLLL! "Xəzər Lənkəran" fərqi yenidən üç topa çatdırdı. Denis Kalinkov fərqləndi. Onun uzaq məsafədən qapıya zərbəsi dəqiq oldu
Oxunub: 261 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax