Hər şey cavab oyununa qaldı
Paylaş
"Xəzər Lənkəran" Ağdamda məğlub oldu
"Xəzər Lənkəran" bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununu keçirdi. Komandamız Quzanlı qəsəbə stadionunda "Qarabağ"ın qonağı oldu.
Oyuna "Xəzər Lənkəran" daha fəal başladı və 20-ci dəqiqədə nigeriyalı Emeka Opara hesabı açdı. 59-cu dəqiqədə cərimə zərbəsindən topu birbaşa qapıya göndərən Rəşad Sadıqov tarazlığı bərpa etdi. Hamı oyunun bu hesabla bitəcəyini gözlədiyi bir vaxtda "Qarabağ" daha bir qol vurdu. Qarşılaşmanın əlavə vaxtının son saniyələrində Admir Teli komandamızı məyus etdi.
Qarabağ - Xəzər Lənkəran 2:1
Qarabağ: 1. Fərhad Vəliyev (k), 2. Elnur Allahverdiyev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov, 7. Namiq Yusifov (8. Aslan Kərimov 70), 9. Elvin Məmmədov, 10. Emin İmaməliyev (21. Georgi Adamiya 46), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 24. Admir Teli.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 3. Aftandil Hacıyev, 4. Zaur Həşimov, 15. Ayxan Abbasov, 16. Rəşad Kərimov.
Baş məşqçi: Qurban Qurbanov.
Xəzər Lənkəran: 1. Dmitri Kramarenko (k), 3. Elvin Beqiri, 4. Tixxon Şişov, 8. Osvaldo Martins, 9. İvan İvvetkov (12. Allan Lalin 88), 15. Emeka Opara, 17. Ramazan Abbasov (23. Nizami Hacıyev 46), 21. Radomir Todorov, 28. Kristian Kabral (14. Rahid Əmirquliyev 76), 72. Devran Ayhan, 77. İvan Pexa.
Ehtiyat oyunçular: 26. Sadiq Ramazanov, 6.Tomaş İneman, 7. Ruslan Poladov, 30. Mario Souza.
Baş məşqçi: Ağasəlim Mircavadov.
Qollar: Rəşad Sadıqov, 59. Admir Teli, 90+3 - Emeka Opara, 19.
Sarı vərəqələr: Maksim Medvedev, 39 - İvan Çvetkov, 22. Kristian Kabral, 35.
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Mübariz Haşımov, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
7 mart. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. 2000 tamaşaçı.
13 - Junior Osvaldounun zərbəsi təhlükəli alınsa da, dəqiq olmadı
19 - QOLLL!!! EMEKA OPARA
Qol odduqca gözlənilməz oldu. Bu topun qapıya gedəcəyi gözlənilən deyildi. Amma Opara olduqca çətin vəziyyətdən topa zərbə endirdi və hesabı açdı
23 - Elçin Məmmədov İvan Çvetkovu sarı vərəqə ilə cəzalandırdı
26 - "Xəzər Lənkəran"ın hücumu təhlükəli ola bilərdi. Lakin Emeka Oparanın ötürməsindən sonra top meydanı tərk etdi
35 - "Xəzər Lənkəran" növbəti cərimə zərbəsini yerinə yetirdi. Junior Osvaldounun zərbəsindən sonra top qapının üstündən keçdi
36 - Kristian Kabral sarı vərəqə ilə cəzalandı
40 - Tixxon Şişovun zərbəsindən sonra top qapının üstündən keçdi
41 - Kristian Kabralın qapıya qüvvətli zərbəsi qeyri-dəqiq oldu
59 - "Qarabağ" hesabı bərabərləşdirdi. Rəşad Sadıqovun uzaq məsafədən qapıya vurduğu cərimə zərbəsi dəqiq oldu.
81- Elvin Beqiri "Xəzər Lənkəran"ı real qoldan xilas etdi. Elvin Məmmədovun başla zərbəsini alban futbolçu sifəti ilə topa zərbə endirərək, qapı xəttindən çıxartdı və həkim müdaxiləsinə ehtiyac duydu
87 - Ağasəlim Mircavadov daha bir hücumçuya şans verdi. Allan Lalin oyuna daxil oldu. O, İvan Çvetkovu əvəzlədi
87 - Maksim Medvedev cərimə meydançasında İvan Çvetkova zərbə vurmağa imkan vermədi
90+3 - Admir Teli "Qarabağ"a qələbə qazandırdı
Oxunub: 255 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax