Milli qələbə qazandı, Kamranı itirdi
Paylaş
"Zədəmin dərəcəsi isə tibbi müayinədən sonra bilinəcək"
Milli komandamız və "Xəzər Lənkəran" əsas qapıçısını itirib. Lüksemburqla yoldaşlıq oyununda zədələnən Kamran Ağayev oyunu davam etdirə bilməyib.
Ağayev artıq meydanı tərk etməkdə olan topu saxlamaq istəyərkən dizindən zədə alıb. Bu səbəbdən o, oyunu davam etdirə bilməyib və qarşılaşmanın 21-ci dəqiqəsində yerini "Qarabağ"ın qolkiperi Fərhad Vəliyevə verməli olub.
Futbolçu AFFA-nın rəsmi saytına açıqlamasında bildirib ki, zədəsinin nə qədər ciddi olub-olmadığı müayinədən sonra bilinəcək: "Ağır zədə aldığımdan oyunu davam etdirə bilmədim. Zədəmin dərəcəsi isə tibbi müayinədən sonra bilinəcək".
Qeyd edək ki, millimiz Lüksemburqu 2:1 hesabı ilə məğlub edib. Komandamızın qollarına Fərid Quliyevlə Elvin Məmmədov imza atıb.
Oxunub: 257 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax