|
03-03-2010 "Standard" Ramazanla Tomaşın qarşısında duruş gətirə bilmədi
Paylaş
"Xəzər Lənkəran" daha bir qələbə qazandı "Xəzər Lənkəran" Premyer Liqada yaranmış fasilə müddətində ikinci yoxlama oyununu keçirdi. Bir neçə gün öncə "Olimpik-Şüvəlan"ı məğlub edən (2:0) Lənkəran təmsilçisinin bu dəfəki rəqibi "Standard" oldu. Yoldaşlıq oyun Xəzər Lənkəran - Standard 2:0 90 - Oyun bitdi. Qarşılaşmanın son 10 dəqiqəsi maraqsız keçdi. Sanki komandalar nəticə ilə razılaşmışdı və qarşılaşmanın bitməsini səbirsizliklə gözləyirdilər. Yalnız "Xəzər Lənkəran"dan Amid Hüseynov fəallağı ilə seçilirdi. Görünür "Olimpik-Şüvəlan"la oyunda qol vuran əvəzedicilər çempionatının bombardiri bu dəfə də meydanı qolsuz tərk etmək istəmirdi. Lakin istəyi baş tutmadı 80 - Mircavadov Alim Qurbanovun əvəzində Devran Ayhanı meydana buraxdı. Oyun qarşılıqlı hücumlar şəratində davam edir. "Xəzər Lənkəran"dan Amid Hüseynovla Kristian Kabralın qapıya zərbələri yadda qalan oldu. Xüsusilə ikinci real qol vəziyyətini boşa verdi. Növbəti təhlükəli vəziyyət isə qola çevirildi. Amid Hüseynovdan ötürmə alan Ramazan Abbasovu dəqiq zərbə ilə topu qapıdan keçirdi 70 - 70 dəqiqə arxada qaldı. "Xəzər Lənkəran" iki qol imkanını boşa verdi. Əvvəlcə Opara, ardınca isə Juninyo fərqlənə bilmədi. Mircavadov İvan Çvetkovun əvəzinə Ceyhun Sultanovu meydana buraxdı 60 - Matçın 60 dəqiqəsi arxada qaldı. Bu dəqiqələrdə "Standard" daha fəal görünür. Sumqayıtlılar ardıcıl hücumlar təşkil edir. Onlar hətta bir dəfə qola yaxın olsalar da, "Xəzər Lənkəran"ın müdafiə xətti dəqiq oynadı 50 - İkinci hissə başladı. Ağasəlim Mircavadov Allan Lalini Kristian Kabral, Mario Souzanı Junior Osvaldo, Dieqo Souzanı isə Ramazan Abbasovla əvəzlədi. İlk 5 dəqiqə "Xəzər Lənkəran"ın hücumları şəratində keçdi 45 - İlk yarının son dəqiqələrində "Standard" daha yaxşı təsir bağışladı. Sumqayıt klubunun futbolçuları hesabı bərabərləşdirməyə çalışsalar da, buna nail ola bilmədilər və birinci hissə başa çatdı 40 - Qoldan sonra "Xəzər Lənkəran" hücumlarını davam etdirir. Elvin Beqiri fərqi artıra bilərdi. Lakin onun zərbəsi qapının azca üstündən getdi. 40-cı dəqiqədə lənkəranlıların üstünlüyü şəraitində keçdi 30 - Matçın ilk qolu "Xəzər Lənkəran"dan gəldi. Hakiminr cərimə meydançası daxilində təyin etdiyi cərimə zərbəsini yerinə yetirən Mario Souzadan ötürmə alan Tomaş İneman başla qapıya dəqiq zərbə endirdi 20 - Matçın ikinci 10 dəqiqəsi də arxada qaldı. Komandalardan heç biri qapılar qarşısında real qol vəziyyəti yarada bilmədi. "Xəzər Lənkəran"ın "Standard" üzərində nisbi üstünlüyü davam edir 10 - İlk 10 dəqiqə oyun qarşılıqlı hücumlar şəraitində davam etsə də, "Xəzər Lənkəran" daha üstün oyun nümayiş etdirdi. Lənkəran klubu iki dəfə qola yaxın oldu. Bir epizodda Opara topu itirdisə, digərində Allan Lalinə "Standard"ın qapıçısı fərqlənmək imkanı vermədi 1 - Ağasəlim Mircavadov oyunun ilk dəqiqələrindən Dmitri Kromarenko, Elvin Beqiri, Dieqo Souza, Tomaş İneman, İvan Çvetkov, Allan Lalin, Emeka Opara, Radomir Todorov, Mario Souza, Devran Ayhan və İvan Pexadan ibarət 11-liyə şans verib. Oxunub: 153 dəfə. Şərhlər: 0 Bu xəbərə fikir bildir və ya şərhlərə bax |
|

