Baş səhifə

  • Bu günün xəbərləri
  • Flaş xəbər
  • Fotoreportaj
  • Əsas Komanda
  • Əvəzedici komanda
  • Futbolçular
  • Fan Klublar
  • Video xəbər
  • Mediada
  • Azərbaycan Futbolu

Turnir cədvəli

o q h m t x
1 İnter 13 6 4 3 14-12 22
2 Xəzər 13 4 7 2 12-6 19
3 Neftçi 13 3 7 3 8-7 16
4 Qarabağ 13 3 7 3 8-10 16
5 Bakı 13 4 4 5 11-11 16
6 Qəbələ 13 2 5 6 11-18 11
7 Simurq 13 6 5 2 16-10 23
8 Olimpik-Şüvəlan 13 6 4 3 18-12 22
9 Turan 13 5 5 3 19-15 20
10 Muğan 13 4 5 4 8-8 17
11 Standard 13 3 3 7 11-18 12
12 Karvan 13 1 6 6 9-18 9

Foto Reportaj

   Bütün fotoreportajlar

Arxiv:

  « »

Həftənin xəbər hiti:

  • Seneqal yığmasının üzvü "Xəzər Lənkəran"da
  • A Seriyasında oynamış futbolçu Azərbaycanda
  • «Rasim Karanın komandası indikindən qat-qat güclü idi» - MÜSAHİBƏ
  • "Xəzər Lənkəran"ı kim hazırlaşdırır?
  • Mirça Rednik "Xəzər Lənkəran"da 500 min avro qazanacaq
  • «Xəzər Lənkəran»: 6 yaşlı komanda, 6-cı baş məşqçi, 6-cı rumıniyalı
  • "Xəzər Lənkəran"ın yeni baş məşqçisi rumın oldu
  • Rumıniya yığmasının üzvü Azərbaycanda

Abunə

RSS Feeds RSS nədir?

Reytinq

Seçdiklərimiz

"Xəzər Lənkəran" ilk transerini reallaşdırdı Kamran Ağayev "Xəzər Lənkəran"da qaldı

01-03-2010

«Bizi çempionluqdan başqa heç nə maraqlandırmır» - MÜSAHİBƏ

«Bizi çempionluqdan başqa heç nə maraqlandırmır» - <font color=#ff0000>MÜSAHİBƏ</font> Paylaş

Kristian Kabral: "Öz oyunumu tapsam, rəqiblər üçün yaxşı olmayacaq"

"Xəzər Lənkəran" braziliyalı oyunçusu Kristian Kabralın müsahibəsi

- 1979-cu ildə Braziliyanın Uruquayana bölgəsində dünyaya göz açmışam. Əksər futbolçular kimi mən də uşaqlıqda məhəllədə oynaya-oynaya bu idman növünün vurğunu olmuşam. Gərgin məşqlər nəticəsində bu yerlərə gəlib çıxmışam. Karyerama gəlincə, əsasən öz ölkəmdə çıxış etmişəm. “Velo Klub-Sp”, “Quarani”, “Yuventus”, “İtuano”, “Parana”, “Palmeyras”, “Koritiba”, “Nautiko”, “Fortaleza”, “Vitoria” klublarının formasını geyinmişəm. Hazırda isə Azərbaycandayam və bu ölkənin ən güclü klublarından birininin heyətində futbolçu karyeramı davam etdirirəm.
- “Olimpik-Şüvəlan”la oyun necə keçdi?
- Bir neçə gün idi ki, fiziki məşqlər üzərində işləyirdik. Komandadakı son durumu bilmək üçün yoxlama matçılarına ehtiyacımız olduğunu düşünürəm. Bu cür yoldaşlıq görüşlərinin keçirilməsi bizə xeyir verəcək. Komandamızın oyununu həm meydançadan kənarda, həm də meydançada olarkən izlədim. Mənə elə gəlir ki, heyətdəki oyunçular bir-birlərini artıq çox gözəl başa düşürlər. Əgər işlər belə davam etsə, bizi irəlidə daha çox titullar gözləyir. Gözəl və mehriban kollektivimiz var, heyətdəki futbolçular meydançada və meydançadan kənarda bir-birlərini başa düşür və hörmətlə yanaşırlar. Bu cür peşəkar münasibət olan yerdə uğur da özünü çox gözlətməyəcək.
- Bir neçə gün sonra “altılıq” mərhələsinin oyunları start götürəcək. “Xəzər-Lənkəran”ın çempionluq şansını necə görürsən?
- Öncə onu deyim ki, fasilə vaxtı çox yaxşı təlim-məşq toplanışı keçmişik. Bu da çempionatda keçirəcəyimiz matçlarda öz sözünü deməlidir. Düzdür, çempionatda mübarizə aparan komandaların hamısına qarşı oynamamışam. İlk “altılıq”da mübarizə aparacaq klublar daha güclüdürlər. Buna baxmayaraq, bizi çempionluqdan başqa heç nə maraqlandırmır. Bütün futbolçularımız da bunun üçün çalışacaqlar.
- “Xəzər-Lənkəran”a uyğunlaşa bilmisənmi?
- Təbii ki, öz oyunumu hələ 100% tapmamışam. Lakin oyundan-oyuna hər şeyin daha yaxşı olduğunu görürəm. Hər futbolçu yeni gəldiyi kluba tez öyrəşə bilmir. Düzü, əvvəlki qarşılaşmalarda özümü tez-tez itirirdim. Lakin komanda yoldaşlarım və məşqçilər heyəti mənə dəstək verdilər. Bu dəstək isə yeni transfer olunan futbolçuya çox lazımdır. Əgər öz oyunumu tamamilə tapsam, rəqiblər üçün yaxşı olmayacaq.
- Azərbaycanı seçdiyinə görə peşman deyilsən ki?
- Mən futbolu sevirəm. Harada oynamağımdan asılı olmayaraq, əlimdən gələni edirəm ki, öz oyunumu oynayıb, təmsil etdiyim ölkənin adını yüksəldim. Ölkənizə gəldiyim üçün heç də peşmançılıq hissi keçirmirəm. Burada futbolçu üçün lazım olan hər cür şərait yaradılıb.
- “Xəzər Lənkəran”lı azarkeşlər barəsində nə fikirdəsən?
- Doğma publika önündə iki oyunda iştirak etmişəm və azarkeşlərin əsl dəstəyini görmüşəm. Lənkəranda oynamaq hər bir futbolçuya əsl zövq verir. Azarkeş dəstəyi komandanın uğur qazanmasında həlledici rol oynayır. “Xəzər Lənkəran” azarkeşləri Avropanın aparıcı klublarının fanatlarından heç də geridə qalmırlar. Matçın son dəqiqəsinə kimi bizi dəstəkləyirlər. O cür dəstək altında oynamaq futbolçu üçün əsl bayrama çevrilir.
- Karyeran ərzində oynadığın komandalar arasında ən uğurlu dönəmini harada keçirmisən?
- Oynadığım bütün komandalarda iz buraxmışam. Bu mənada həmin klublar arasında fərq qoymuram. Amma Braziliyanın nəhəng klubları sırasında olan, hər mövsüm çempionluq uğrunda mübarizə aparıb, “Libertadores” kubokunun müntəzəm iştirakçısı olan “Palmeyras”ı xüsusi qeyd edərdim. Orada oynadığım dönəm mənim üçün ən yaddaqalan olub. 2005/2006 mövsümündə həmin komandanın heyətində çox güclü futbolçular var idi. Mən də həmin komandanın tərkibində olmuşam və bunun üçün çox sevinirəm.
- Qarşıda sizi “Qarabağ”la ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunu gözləyir. Həmin oyunla bağlı fikirlərini bilmək maraqlı olardı...
- Çempionatın birincisi olmaqla yanaşı, ölkə kubokunu qazanmağı qarşımıza məqsəd qoymuşuq. Odur ki, Premyer Liqada ortaya qoyduğumuz oyunu kubokda da göstərib hər iki titulu əldə etmək istəyirik.
- Çempionatımızın səviyyəsi haqqında nə deyə bilərsən?
- Yaxşı çempionatdır. Bilirsiniz, əgər futbolçunun forma geyindiyi komandada əsl peşəkarlıq, güclü azarkeş ordusu varsa, həmin yerdə oynamaq futbolçuya zövq verər. Bu vəziyyətdə çempionatın səviyyəsi artıq ikinci plana keçir.
- Çempionluq yolunda əsas rəqibiniz kimi hansı komandanı görürsən?
- Konkret ad çəkmək istəmirəm. Ancaq onu deyə bilərəm ki, çox maraqlı və sonacan döyüşməyin vacib olduğu bir çempionat izləyəcəksiniz.

Mənbə: "Çempion" qəzeti





Oxunub: 242 dəfə.  Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax

Flaş xəbər

  • 15.10.2009 [14:38] Bizim SORĞU: Klub sizin üçün nə deməkdir?

Aktual

«Xəzər Lənkəran» haqqını əlindən necə aldılar? - VİDEO

Son dəqiqə

  • 17.07.2010 [19:42] Seneqal yığmasının üzvü "Xəzər Lənkəran"da
  • 17.07.2010 [16:00] "Xəzər Lənkəran"ı kim hazırlaşdırır?
  • 17.07.2010 [14:25] A Seriyasında oynamış futbolçu Azərbaycanda
  • 16.07.2010 [19:40] «Xəzər Lənkəran»: 6 yaşlı komanda, 6-cı baş məşqçi, 6-cı rumıniyalı
  • 16.07.2010 [19:35] Rumıniya yığmasının üzvü Azərbaycanda
  • 16.07.2010 [15:00] «Rasim Karanın komandası indikindən qat-qat güclü idi» - MÜSAHİBƏ
  • 16.07.2010 [14:28] Mirça Rednik "Xəzər Lənkəran"da 500 min avro qazanacaq
  • 15.07.2010 [19:32] "Xəzər Lənkəran"ın yeni baş məşqçisi rumın oldu
  • 03.06.2010 [14:10] İspaniyadan «Xəzər Lənkəran»a mesaj var - FOTOLAR
  • 22.05.2010 [19:10] Ağasəlim Mircavadov telefonsuz qalıb - MÜSAHİBƏ
  • 22.05.2010 [19:06] Kubokun finalını kim idarə edəcək?
  • 22.05.2010 [19:05] Röya "Xəzər Lənkəran"a azarkeşlik edəcək
  • 22.05.2010 [19:04] «Xəzər Lənkəran»: Finala gedən yol
  • 22.05.2010 [19:02] "Xəzər Lənkəran"ın ikinci transferi də yerli futbolçu oldu
  • 22.05.2010 [19:01] "Xəzər Lənkəran" ilk transerini reallaşdırdı
  • 22.05.2010 [19:00] Kamran Ağayev "Xəzər Lənkəran"da qaldı
  • 31.03.2010 [16:39] Mircavadov: «Ramin Musayev məni yaxşı tanıyır» - MÜSAHİBƏ
  • 31.03.2010 [16:38] "Xəzər Lənkəran"da üç itki
  • 31.03.2010 [16:35] AFFA "Xəzər Lənkəran"ı 35 min manat cərimələdi
  • 29.03.2010 [18:19] "Xəzər Lənkəran" mövqeyini açıqladı
  • 29.03.2010 [18:15] Tuyqun Nadirov AFFA-ya çağırıldı
  • 29.03.2010 [18:09] «Xəzər Lənkəran» haqqını əlindən necə aldılar? - VİDEO
  • 29.03.2010 [18:05] Lənkəran ziyalıları İlham Əliyevdən kömək istədi
  • 29.03.2010 [18:00] Fanatlar Rövnəq Abdullayevə müraciət etdi
  • 27.03.2010 [21:17] Ramin Musayev: "Bazar ertəsi qərar verəcəyik"
  • 27.03.2010 [21:15] "Xəzər Lənkəran" azarkeşi Həmzəyevi günahlandırdı
  • 27.03.2010 [21:10] "İnsanların əsəbləri ilə oynamaq olmaz"
  • 27.03.2010 [21:06] Mircavadovun səhhəti pisləşib
  • 27.03.2010 [21:00] Çimərlik hakimi AFFA və PFL rusvay etdi
  • 18.03.2010 [18:24] "Xəzər Lənkəran" "Qarabağ"ın iddialarını qəbul etmir
  • 18.03.2010 [18:18] «Məgər «Qarabağ» qol vurdu ki, hakim onu saymadı?» - MÜSAHİBƏ
  • 18.03.2010 [18:11] «Allahverdiyev məni meydançada da, tuneldə də təhqir etdi» - MÜSAHİBƏ
  • 18.03.2010 [18:06] "Xəzər Lənkəran" yarımfinalda
  • 18.03.2010 [18:00] «Qarabağ»lılar əsgərlərə hücum etdi - FOTOLAR
  • 12.03.2010 [20:14] "Fırtınalar meydanı"nda "yağmur" yağdı
  • 10.03.2010 [17:59] Mübariz Mənsimov mükafatları artıracaq
  • 10.03.2010 [17:56] "Xəzər Lənkəran" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
  • 07.03.2010 [18:25] Mircavadov: Lənkəranda görüşərik!
  • 07.03.2010 [18:20] Hər şey cavab oyununa qaldı
  • 05.03.2010 [15:30] Allan Lalin: «Azərbaycan millisinə qarşı oynamaq istəyirəm» - MÜSAHİBƏ
  • 05.03.2010 [15:22] Kamran Ağayev: "Elə zədə almışam ki, heç danışılası deyil"
  • 05.03.2010 [15:14] "Xəzər Lənkəran" 10 komandalı çempionatda
  • 05.03.2010 [15:00] "Qarabağ" - "Xəzər Lənkəran" oyunu Elçin Məmmədova tapşırıldı
  • 04.03.2010 [17:58] "Xəzər Lənkəran"dan azarkeşlərə müjdə
  • 04.03.2010 [17:57] Milli qələbə qazandı, Kamranı itirdi
  • 03.03.2010 [16:04] Çingiz İsmayılov "Xəzər Lənkəran"ı digər klublara nümunə göstərdi
  • 03.03.2010 [16:03] "Onlar hələ çox işləməlidirlər"
  • 03.03.2010 [16:00] "Standard" Ramazanla Tomaşın qarşısında duruş gətirə bilmədi
  • 01.03.2010 [16:21] Dilimizə hörmət etməyənlərə Juninyodan örnək
  • 01.03.2010 [16:17] Mircavadov Foqtsun qərarını alqışladı
Bu sayt Fanat.az İdman Agentliyinin layihəsidir və "Xəzər Lənkəran" klubunun azarkeşləri üçün yaradılmışdır. Anar Ağayarovun istehsalı.
© Copyright 2009 Fanat.az