|
18-02-2010 "Xəzər Lənkəran"la AFFA arasında qalmaqal
Paylaş
Tuyqun Nadirov: "Biz reklamçıların hüquqlarını poza bilmərik" Ötən gün AFFA İntizam Komitəsi "Xəzər Lənkəran"a xəbərdarlıq etdi. Buna səbəb Lənkəran şəhər stadionunda Peşəkar Futbol Liqasının baş sponsoru olan UniBank Kommersiya Bankının bannerinin yerləşdirilməməsidir. İntizam Komitəsi bir də belə hal təkrarlanacağı halda "Xəzər Lənkəran"ı cəzalandıracağını açıqladı.Lakin "Xəzər Lənkəran" rəhbərliyi bununla razı deyil. Çünki lənkəranlılar bunu digər reklamçıların hüquqlarının pozulması kimi dəyərləndirir. "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov açıqlamasında bildirdi ki, bunun üçün mövsümün sonunu gözləmək lazımdır: "Lənkəran şəhər stadionu ölkədə ən çox reklam banneri olan stadiondur. Biz digər şirkətlərlə mövsümün əvvəlində müqavilə bağlamışıq. İndi stadionda əlavə banner yerləşdirməyə yer yoxdur. Hansısa banneri də çıxara bilmərik. Bu reklamçının hüququnun pozulması deməkdir. Biz icraçılarıq. Təbii ki, son sözü klubun prezidenti deyəcək. Amma biz müqavilə bağladığımız şirkətlərin hüquqlarını qorumalıyıq". Mənbə: Fanat.az Oxunub: 207 dəfə. Şərhlər: 0 Bu xəbərə fikir bildir və ya şərhlərə bax |
|

