|
18-02-2010 Böyük oyunda hesab açılmadı
Paylaş
Sükutla başlayan derbi sükutla bitdi Azərbaycan Premyer Liqasında növbəti derbi baş tutdu. Sayca 13-cü olan "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilidi.Oyun ərzində komandalar demək olar ki, meydanda bərabər səviyyədə mübarizə apardı. Bəzi hallarda komandamızın üstünlüyü nəzərə çarpırdı. Hətta bir neçə dəfə qol vurmağa yaxın oldur. Amma hesab açılmadı və oyun 0:0 hesabı ilə başa çatdı. Qeyd edək ki, indiyə qədərki "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşmalarında paytaxt klubu 6, komandamız 3 qələbə qazanmışdı. 3 oyun isə heç-heçə başa çatmışdı. "Neftçi"nin vurduğu 13 qola "Xəzər Lənkəran" 11-i ilə cavab verə bilmişdi. Neftçi - Xəzər Lənkəran 0:0 Neftçi: 24. Paulius Qribauskas, 2. Rail Məlikov (k), 3. Suat Usta (8. Elmar Baxşıyev, 46), 4. Taavi Rahn, 5. Leonard Naydin, 10. Marian Aliuta, 14. Vladimir Voskoboynikov (30. Valentin Atem, 68), 16. Dmitri Kruqlov, 25. Adrian Nyaqa, 27. Rəşad Abdullayev (11. Cavid Hüseynov, 84), 44. Valeri Abramidze. Ehtiyat oyunçular: 1. Vladimir Miçoviç, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 20. Jose Karlos. Baş məşqçi: Vaqif Sadıqov. Xəzər Lənkəran: 25. Kamran Ağayev (k), 3. Elvin Beqiri, 4. Tixxon Şişov, 8. Junior Osvaldo, 9. İvan Çvetkov, 14. Rahid Əmirquliyev, 15. Emeka Opara, 21. Radomir Todorov, 23. Nizami Hacıyev (12. Allan Lalin, 84), 28. Kristian Kabral (72. Devran Ayhan, 77), 77. İvan Pexa. Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 5. Dieqo De Souza, 7. Ruslan Poladov, 17. Ramazan Abbasov, 30. Mario Souza. Baş məşqçi: Ağasəlim Mircavadov. Vərəqələr: Elvin Beqiri, 42. Taavi Rahn, 44. Dmitri Kruqlov, 78. İvan Çvetkov, 88 - sarı. Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Elman Musayev, Əfqan Həmzəyev. AFFA nümayəndəsi: Oqtay Abdullayev. Hakim-inspektor: Məlik Həsənov. 17 fevral. T.Bəhramov adına Respublika stadionu. 3000 tamaşaçı. F.T: Oyun bitdi 88 - Dmitri Kruqlovun cərimə zərbəsindən sonra "Neftçi" hesabı aça bilərdi. Amma Cavid Hüseynov qapı qarşısında topa toxuna bilmədi 86 - İvan Çvetkovun başla zərbsi qapıdan azca aralı keçdi 83 - Allan Lalin meydanı çıxdı. Nizami Hacıyev oyunu tərk etdi 81 - Cərimə zərbəsindən sonra top kornerə çıxdı. Lakin "Xəzər Lənkəran"ın künc zərbəsi də nəticəsiz qaldı 78 - Kristian Kabralı Devran Ayhan əvəzlədi 62 - "Xəzər Lənkəran"ın sürətli əks-hücumu təhlükəli olsa da, Rail məlikov topu uzaqlaşdıra bildi 52 - Junior Osvaldounun cərimə zərbəsindən qapıya ünvanladığı top "Neftçi"nin qapıçısında qaldı Oyunu milli komandamızın baş məşqçisi Berti Foqts və tanınmış müğənni Baloğlan Əşrəfov da canlı izləyir 46 - İkinci yarı başladı H.T: İlk yarı bitdi 45 - Junior Oslavdonun qapıya zərbəsini Qribauskas tutdu 44 - İvan Pexanın cərimə zərbəsindən sonra hesabı açmaq üçün gözəl imkanı var idi. Amma "Neftçi"nin müdafiəçisi son anda topun qapıya daxil olmasına imkan vermədi 44 - Taavi Rahn Emeka Oparaya qarşı kobudluğa görə sarı vərəqə aldı 43 - "Xəzər Lənkəran"ın hücumu təhlükəli ola bilərdi. Amma "Neftçi"nin müdafiəçiləri Emeka Oparanın topu ələ keçirməsinə imkan vermədi 37 - Marian Aliutanın ötürməsindən sonra Rəşad Abdullayevin zərbəsi dəqiq olmadı 35 - "Xəzər Lənkəran"ın hücumu təhlükəli ola bilərdi. Lakin Nizami Hacıyevin qarşısını Rail Məlikov kəsdi 30 - "Xəzər Lənkəran"ın hücumu təhlükəli oldu. Taavi Rahn topu uzaqlaşdırdı 21 - Nizami Hacıyevin qapıya zərbəsini "Neftçi"nin qapıçısı dəf etdi Oyuna azarkeş marağı o qədər də böyük deyil. Mərkəzi arenada təxminən 3000 azarkeş var. Bu da yəqin ki, oyunun günorta saatlarında keçirilməsi ilə bağlıdı 14 - İvan Çvetkovun cərimə zərbəsindən qapı qarşısına göndərdiyi topa heç kim çata bilmədi 1 - Oyundan əvvəl "Neftçi"nin qəzada olan əməkdaşları və "Bakı"nın həkimi Murad Mərdanlı bir dəqiqəlik sükutla yad edildi. Hər iki klub meydana qara sarğı ilə çıxıb Oxunub: 119 dəfə. Şərhlər: 0 Bu xəbərə fikir bildir və ya şərhlərə bax |
|

