|
15-02-2010 Məhşurlar derbiyə proqnoz verdi - SORĞU
Paylaş
Kim daha şanslıdır: "Neftçi", yoxsa, "Xəzər Lənkəran"! Fanat: İki gün sonra Azərbaycan Premyer Liqasında növbəti derbi baş tutacaq. Bu günə qədərki bütün oyunları maraq və həyacan içində izlənilən "Neftçi" ilə "Xəzər Lənkəran" bu dəfə Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.Hazırda hər iki komandanın çempionluq uğrunda mübarizə aparması və bu oyundakı xalların qızıl xal olması matça marağı daha da artırır. Qeyd edək ki, "Xəzər Lənkəran" artıq "altılığ"a vəsiqəni təmin edib. "Neftçi" isə bunun üçün qarşıdakı iki turda ən azı bir xal qazanmalıdır. Fanat.az derbi öncəsi sorğu keçirib. Sorğuda iştirak edən məşhur şəxslər derbi ilə bağlı proqnozlarını veriblər. Öncədən qeyd edək ki, sorğu iştirakçıları müxtəlif peşə sahibləri arasından seçilib. Onların arasında aktyor da var, müğənni də, meyxana ustası da, deputat da, juralist də. Təbii ki, azarkeşləri və mütəxəssisləri də yaddan çıxara bilməzdik: Aqil Abbas (Millət vəkili, "Ədalət" qəzetin baş redaktoru): "Neftçi" - "Qarabağ" oyununu izlədim. Siz buna futbol deyirsiz? Bu futbol deyil, iki komandanın top-top oyunu idi. Yaxşı oyun son turda "Xəzər Lənkəran" - "Qarabağ" və "İnter" - "Simurq" oyunları oldu. Sorğuya gəlincə, Ağasəlim Mircavadov Azərbaycanın bir nömrəli məşqçisidir və "Xəzər Lənkəran" klubu da kollektivləşmiş komandadır. Bu səbəbdən də "Xəzər Lənkəran"ı favorit sayıram. Buna baxmayaraq, hamımızın içində bir "Neftçi" sevgisi var. Hətta "Qarabağ"la "Neftçi" oynayanda belə flaqman hansısa epizodu boşa verəndə heyfislənirəm. Amma hələ ki, "Neftçi" əvvəlki "Neftçi" kimi özünü doğrultmur". Rəşad Məcid ("525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin katibi): "Ümumiyyətlə, "Qarabağ" oynamayanda "Xəzər Lənkəran"a azarkeşlik edirəm. "Neftçi" - "Qarabağ" və "Xəzər - Lənkəran" - "Qarabağ" oyunlarında "Qarabağ"a qarşı göstərtikləri oyuna əsasən "Xəzər Lənkəran" daha yaxşı təsir bağışladı. Buna görə də "Xəzər Lənkəran"ı favorit sayıram". Elməddin Cəfərov (Aktyor): "Fikrimcə, Xəzər Lənkəran" qalib gələcək. "Neftçi" əvvəlki "Neftçi" deyil. Ola bilsin ki, islahatlar aparıblar, komandanın inkişafı üçün iş görməyə çalışırlar. Amma son oyunlara nəzər yetirsək, görərik ki, indiki halda "Xəzər "Lənkəran" daha güclüdür". Ceyhun Əzizili ("UltrAslan-Azərbaycan" dərnəyinin başqanı): "Bu oyunda "Neftçi"nın üstünlüyü ev sahibi olmasıdır. Təbii ki, bu oyunda "Neftçi"nin qalib gəlməsini istəyirəm. Amma favorit sözsüz ki, "Xəzər Lənkəran"dır". Namiq Məna (Meyxana ustası): "Daimi olaraq olmasa da, vaxtım olanda futbola baxıram. Futbola marağım var. Amma bu iki komanda barəsində ətraflı məlumatım yoxdur. Oyunun ağır keçəcəyini bilirəm. Bu səbəbdən də proqnoz verə bilmərəm. Hər şey oyunun sonunda aydınlaşacaq". İslam Kərimov (Mütəxəssis): "Neftçi" Vaqif Sadıqovun başçılığı altında 13 oyundur ki, uduzmur. Baxmayaraq ki, "Karvan"la oyun ağır keçib. Amma mən yenə də "Neftçi"ni oyunun favorit hesab edirəm. Oyunun heç-heçə başa çatması da mümkündür. "Xəzər Lənkəran" da son dövrlər əla formadadır. Ən əsası bu komandaya Ağasəlim Mircavadov kimi bir mütəxəssis başçılıq edir. Bu oyun ölkənin iki ən güclü mütəxəssisinin - Ağasəlim Mircavadovla Vaqif Sadıqovun qarşılaşması olacaq. Belə oyunlardan il ərzində 2-3 dəfə olur. Çox istərdim ki, azarkeşlər həmin gün stadionu doldursun". Mənbə: Fanat.az Oxunub: 121 dəfə. Şərhlər: 1 Bu xəbərə fikir bildir və ya şərhlərə bax |
|

